IQNA

VİDEO | Yaponlar "Fil İli"ni film etdilər

10:14 - July 24, 2021
Xəbər sayı: 3490359
Yaxın günlərdə Yaponiyada yeni bir animasiya filmi ekran edilib. Filmin sujeti "Amul-Fil" (Fil İli) hadisəsi və Əbrəhə qoşununun Məkkə şəhərinə hücumu dastanıdır.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  yaxın günlərdə Yaponiyada yeni bir animasiya filmi ekran edilib. Filmin sujeti "Amul-Fil" (Fil İli) hadisəsi və Əbrəhə qoşununun Məkkə şəhərinə hücumu dastanıdır.

Tarixin İslamdan az öncəsinin çox mühüm bir hadisəsini işıqlandıran bu animasiya filmi "The Journey" (Səyahət) adlanır.

Animasiya filmi Yapon və Səudiyyə Ərəbistanı peşəkarlarının birgə əməyi nəticəsində ərsəyə gəldiyi üçün həm də "ər-Rəhlətu" adlanır.

Animasiya filmi "Aws" (Ous) adlanan bir cavan və onun dostlarından danışır ki, Ərbəhənin Məkkəyə hücum etmək istəyən Fil qoşunları əleyhinə mübarizə aparırlar.

"Səyahət" (və ya "Səfər") animaisya filmi Yapon və Səudiyyə animasiya mütəxəssislərinin birgə hazırladığı "Qurandan dörd dastan" layihəsinin tərkib hissəsidir.

Animasiya filmi Yapon dilində hazırlanıb və Ərəb dilinə dublaj edilib. Yapon və Livandan ekran olunub. Filmin növbəti məqsədi isə Səudiyyə Ərəbistandır.

Qeyd edək ki, "Səyahət" Səudiyyə Ərəbistanın tarixində ilk animasiya filmidir. / iqna

kod

 

captcha